Saxta içkidən zəhərlənənlərin sayı 182-yə çatıb - İRANDA

Saxta içkidən zəhərlənənlərin sayı 182-yə çatıb - İRANDA

İranın şimalındakı Əlborz əyalətində saxta içkidən zəhərlənənlərin sayı 182-yə çatıb. SİA xəbər verir ki, bu barədə əyalətin Tibb Elmləri Universitetinin rəhbəri Şəhram Sayadi bildirib.

Onun sözlərinə görə, metanoldan zəhərlənənlərin sayı 182-yə, ölənlərin sayı isə 15 nəfərə çatıb.

Məlumata əsasən, hazırda daha beş nəfər reanimasiyadadır. Odur ki, ölənlərin sayının artacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə