...Kotovskdakı barıt zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İstintaq Komitəsinin Tambov vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti bildirib.
Rusiya vilayətindəki müəssisədə baş verən insident çərşənbə axşamı, iyunun 20-də məlum olub. Partlayış saat 14:00 radələrində istehsal sahələrindən birində baş verib. Bundan sonra yanğın başlayıb.
Qeyd edək ki, daha əvvəl insident nəticəsində 12 nəfərin yaralandığı bildirilirdi.
Qubernator Maksim Yeqorov qeyd edib ki, barıt zavodunda baş verən hadisənin səbəbi insan amili olub.
Partlayışdan sonra yanğın sahəsinin elə də böyük bir ərazini əhatə etmədiyini deyən qubernator, yanğının tezliklə aradan qaldırıldığını deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB