Sabiq Donald Tramp ABŞ-ın Rusiya ilə nüvə müharibəsinə çox yaxın olduğunu bildirib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ağ Evin keçmiş rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
Trampın sözlərinə görə, hazırda ABŞ tarixində ən təhlükəli dövrünü keçirir.
Qeyd edək ki, Tramp Koreaya Xalıq Demokratiya Respublikasında nüvə silahı ilə bağlı vəziyyət kontekstində danışıb. Eks-prezident istisna etməyib ki, Barak Obama prezident qalsaydı və ya Hillari Klinton hakimiyyətə gəlsəydi, Şimali Koreya ilə nüvə müharibəsi başlayacaqdı.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Rusiya dövlətçiliyinə təhlükə yaranarsa, nüvə silahından istifadənin mümkün olduğunu vurğulayıb. Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Eynşteynin sözləri ilə nüvə müharibəsinin nəticələri barədə xəbərdarlıq etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB