“Onlar döyüşmək istəmirlər, amma yenə də ölürlər”

Üçüncü kontingentlə müharibə edirik: ekspert Rusiya Federasiyasının cəbhəsinə neçə çağırışçı göndərdiyini bildirir
“Onlar döyüşmək istəmirlər, amma yenə də ölürlər”

Ukraynalı hərbi ekspert Pyotr Çernik, Rusiya işğalçı qoşunlarının hər ay 20-22 min əsgərlə tamamlandığını bildirib.

Çernikə görə, bu çağırışçıların motivasiyası zəifdir və döyüşmək istəmirlər, amma yenə də ölümə göndərilirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, “Espresso” telekanalının efirindən danışan hərbi ekspert, hazırda Ukrayna Silahlı Qüvvələrinin üçüncü rus kontingenti ilə müharibə apardığını bildirib.

...Birinci kontingent yüksək keyfiyyətli və hazırlanmışdı - 200 minlik döyüşçüdən ibarət idi. İkincisi kontingent isə son bir ildə istifadə olunub. İndi isə əvəzetmə prinsipinə görə - hər ay 20-22 min çağırışçı “istifadəyə verilir. Onları geyindirib əllərinə silah verərək döyüşlərə atırlar.

Bunları deyən Çernik, hazırda rusların yüksək keyfiyyətli silahlarının olmadığını da önə çəkir.

Ukraynalı hərbi ekspertə görə, bu gün ruslar ay ərzində 20-yə qədər “T-90M” tanklarını güclə istehsal edə bilirlər. Bundan əlavə, olsa-olsa onların yüz minlərlə “Kalaşnikov” avtomatı və “Mosin” tüfəngləri var.

“...Psixoloji mənada çox zəif motivasiyaya malikdirlər və döyüşmək istəmirlər, amma yenə də ölürlər”, - deyə Çernik bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə