Bu arada Moskvada 2-ci Qərb Dairə Hərbi Məhkəməsi Tverdən olan fəal İvan Kudryaşovu 6 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, hərbi komissarlığın yandırılmasına hazırlıq işi üzrə mühakimə olunub.
Beləliklə Kudryaşova təyin olunmuş müddətin 2,5 ilini həbsdə, qalan vaxtını isə ciddi rejimli koloniyada keçirəcək.
“RusNews” xəbər verir ki, ittiham tərəfi onun terror aktı hazırladığına görə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İstintaqın məlumatına görə, çilingər işləyən ictimai fəal İvan Kudryaşov səfərbərliyə etiraz olaraq hərbi komissarlığı yandırmağa hazırlaşırmış. Qeyd edək ki, o, ötən il sentyabrın 30-da həbs edilib.
Kudryaşov, bütün etirafları işgəncə altında imzaladığını və həbs olunarkən üzərində “tapılan” molotov kokteylinin ona məxsus olmadığını bildirib.
Yeri gəlmişkən, Tver vilayəti üzrə İstintaq Komitəsi də işgəncə ilə bağlı cinayət işi açmaqdan imtina edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB