Vaşinqton Pxenyanın nüvə və raket inkişafını məhdudlaşdırmaq üçün Pekindən Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərmək istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində deyib
Amerikalı diplomat, əks halda ABŞ-ın Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu və fəaliyyətini genişləndirmək məcburiyyətində qalacağını bildirib.
Blinken, ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə əməkdaşlığı davam etdirəcəyini də gizlətməyib.
“Və Çinə yönəlməyən və regionda daha çox müdafiə vasitələrinin yerləşdirilməsi, təlimlərin keçirilməsi, birgə işləməyi əhatə edən bu addımlar, yəqin ki, Çinin xoşuna gəlməyəcək”.
Bunu da Blinken deyib.
Xatırladaq ki, bundan əvvəl Şimali Koreya ABŞ və Cənubi Koreyanı nüvə silahı ilə hədələyib. Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi bildirib ki, Vaşinqton və Seul hərbi təxribatlarının bədəlini nəzərə almalıdırlar və müharibənin qarşısının alınması uğursuz olarsa, Şimali Koreyanın nüvə silahından istifadə qərarı dəyişə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB