Ukraynanın Zaporojye vilayətində həlak olduğu iddia edilən Rusiyanın 35-ci Əlahiddə Ordusunun qərargah rəisi, general-mayor Sergey Qoryaçov Sankt-Peterburqdakı Serafimovski qəbiristanlığında dəfn edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” məlumat yayıb.
Nəşr qəbiristanlıqdan çəkilmiş fotoşəkilləri, eləcə də bazar günü, iyunun 18-də Liteiny prospektindəki “Zabitlər evi”ndə keçirilən vida mərasimindən cənazə maşını və fəxri qarovulla çəkilmiş kadrları dərc edib.
Xatırladaq ki, rusiyalı müharibəyönlü bloger Yuri Kotenok iyunun 12-də axşam general Qoryaçovun ölümü haqqında yazıb.
“Düşmənin raket hücumu nəticəsində 35-ci Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi general-mayor Sergey Qoryaçov həlak olub”.
Kotenok bildirib ki, bu, iyunun 12-də Zaporojye vilayətində gedən döyüşlər zamanı baş verib.
Qeyd edək ki, Kreml və Rusiya Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı açıqlama verməyib.
Yeri gəlmişkən, Qoryaçov Tacikistandakı 201-ci rus bazasının komandiri olub, Rusiyanın Ukraynaya hücumu başlayanda, Qoryaçov 5-ci ayrı-ayrı tank briqadasının komandiri olub, müharibə zamanı isə qərargah rəisi vəzifəsinə qədər yüksəlib.
...O, general-mayor rütbəsini də bu yaxınlarda almışdı, amma...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB