İndi gəl, “Leopard” partladanların qabağını al, görüm necə alırsan...

İndi gəl, “Leopard” partladanların qabağını al, görüm necə alırsan...

Alman istehsalı olsa da, Ukrayna Silahlı Qüvvələrində xidmət “edən” “Leopard” tankını məhv etdiyinə görə, Buryatiyadan olan rusiyalı hərbçi Andrey Kravtsov milyon rubl mükafat alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbərin doğruluğunu Buryatiya rəhbəri Aleksey Tsydenkov da özünün Telegram-kanalında təsdiqləyib.

Qeyd edək ki, elə həmin gün, iyunun 20-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi də əsgərin mükafatlandırılması faktını təsdiqləyib. İndi qalıb çatdırılması, amma hara?

O da qeyd edilməlidir ki, rusların xüsusi hərbi əməliyyata start verdiklərindən bəri bu ilkdir. (...deyirəm indi gəl, “Leopard” partladanların qabağını al, görüm necə alırsan-A.B.)

Xatırladaq ki, Buryatiya rəhbəri daha əvvəl Rusiya prezidenti Vladimir Putinin görüşdüyü hərbçilərin siyahısını dərc etmişdi. Onların arasında motoatıcı briqadanın qumbaraatan köməkçisi Kravtsov da olub. Onun həmkarları düşmən hücumlarının əks olunması zamanı göstərdikləri şücaət və qəhrəmanlıqlara görə mükafat və ordenlərlə təltif ediliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə