İordaniyada naməlum səbəbdən hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot yaralanıb.
İordaniya ordusundan verilən yazılı açıqlamaya görə, Kral Hərbi Hava Qüvvələrinə məxsus “Kobra” tipli hərbi helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.
SİA-nın əldə etdiyi məlumata görə, helikopterin paytaxt Əmman yaxınlığındakı Əl-Beka bölgəsində qəzaya uğradığı, yaralanan iki pilotun Əmmandakı hərbi xəstəxanada müalicə olunduğu bildirilib.
Bəyanatda qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB