Bu arada Ukrayna televiziyasında canlı yayıma çıxaraq danışan Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov bununla da rusların “nigarançılığına” son qoymuş olub.
Qeyd edək ki, neçə vaxt idi ki, rus saytları Kirill Budanovun ölümü ilə bağlı xəbərlər tirajlayırdılar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, teleçıxışında onunla bağlı hər şeyin qaydasında olduğunu deyən Budanov, ölümü ilə bağlı yayılan şayiələri isə “gülüşlə qəbul etdiyini” vurğulayıb.
Xatırladaq ki, iyunun 15-də mayın 29-da Rusiyanın Kiyevə raket hücumu nəticəsində Budanovun yaralandığı bildirilirdi.
Daha sonra Ali Radanın keçmiş deputatı İlya Kiva Ukraynanın Almaniyadakı səfirliyinə istinadən Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi rəhbərinin mümkün ölümünü açıqlamışdı.
Bu arada, yəni iyunun 19-da jurnalistlərə müsahibəsində Budanov ölümü ilə bağlı məlumatları təkzib edərək, özünü respublikada yaradılan “ölməz komandirlərin xüsusi dəstəsi” adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB