Estoniyada baş nazir Kae Kallasa qarşı müxalifətin təşəbbüsü ilə keçirilən etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ERR portalı məlumat yayıb.
Səsvermənin lehinə 34 deputat, əleyhinə isə 57 deputat səs verib. Bir deputat səsvermədə bitərəf qalıb, daha 9 deputat isə iştirak etməyib.
Qeyd edək ki, Estoniya müxalifəti bazar ertəsi, iyunun 19-da hökumət başçısına etimadsızlıq səsverməsi təşəbbüsü ilə çıxış edib.
Sənəddə Nazirlər Kabinetinin hərəkətlərinin demoqrafik böhranı daha da gücləndirə biləcəyi iddia edilirdi.
Yeri gəlmişkən hazırda bəzi Avropa ölkələrinin iqtisadiyyatı rəsmən tənəzzülə uğramaqdadır. Xatırladaq ki, 2023-cü ilin birinci rübündə Estoniyanın ÜDM-i də 0,6 faiz azalma müşahidə edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB