Lukaşenko KTMT-də əməkdaşlığı artırmağa çağırıb

Lukaşenko KTMT-də əməkdaşlığı artırmağa çağırıb

...KTMT ölkələri təşkilatın informasiya və analitik potensialını artırmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyunun 20-də KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Siyasətçinin sözlərinə görə, KTMT buna mane olmasa da, hələlik ciddi nəticə görünmür.

“Bu gün biz hamımız informasiya və psixoloji əməliyyatların müharibə zonasındayıq, biz bunu xüsusilə hiss edirik, o cümlədən elə siz də daxil olmaqla Rusiya bunu son vaxtlar hiss edib”.

Buna görə də, KTMT ölkələri informasiya-analitik sahədə və media ilə əməkdaşlıqda öz səylərini artırmağı öyrənməlidirlər.

Lukaşenko bildirib bunları.

“İnformasiyanın verilməsinə gəlincə, bizim sizinlə əməkdaşlıqda ümumiyyətlə heç bir problemimiz yoxdur. Sizin ştatlarınıza aid olan hər hansı məlumatı - bizim qanunumuz var - biz ya prezidentlərə, ya Xarici İşlər Nazirliklərinə, ya da xüsusi xidmət orqanlarına göndəririk. Biz bunu gələcəkdə də davam etdirəcəyik”. - deyə Belarus başçısı bildirib.

Xatırladaq ki, Aleksandr Lukaşenko bir müddət bundan əvvəl KTMT ölkələrinə iqtisadiyyatda ümumi fəaliyyət planı hazırlamağı təklif etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə