Daxili işlər naziri Əli Yerlikaya Hakkarinin Yüksekova qəsəbəsi ərazisində separatçı terror təşkilatı PKK-nın 3 üzvünün zərərsizləşdirildiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Rəsmi internet səhifəsində paylaşım edən Əli Yerlikaya PUA-larla həyata keçirilən kəşfiyyat fəaliyyətləri zamanı təsbit edilən terrorçuların zərərsizləşdirildiyini qeyd edib.
Əməliyyatı həyata keçirən təhlükəsizlik qüvvələrini təbrik edən Əli Yerlikaya deyib:“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə son terrorçu da zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB