“ABŞ kürd təşkilatlarının Suriya ilə qarşılıqlı əlaqəsinə mane olur” - Mixail Boqdanov
“ABŞ hökuməti Suriyadakı bir sıra kürd təşkilatlarını dəstəkləməklə onların Dəməşqlə dialoqa girməsinə mane olur”.
SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. Boqdanov jurnalistlərə açıqlamasında bildirib:
"Əlbəttə, ABŞ öz administrasiyası ilə kvazi-dövlət yaradan bir sıra kürd təşkilatlarına arxalanır və onlara dəstək verir bu, qətiyyən yolverilməzdir və Suriya dövlətinin ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır. Təbii ki biz kürd problemlərinin dialoq yolu ilə həllinin tərəfdarıyıq, lakin təəssüf ki, amerikalılar bunda maraqlı deyillər və kürd müttəfiqlərinin Dəməşqlə konstruktiv dialoqa getməsinə imkan vermirlər”.
O, Suriya ilə bağlı Astana danışıqlarında digər məsələlərlə yanaşı, bu məsələnin də müzakirə olunacağını qeyd edib.
Qeyd edək ki, 20-21 iyun tarixində Astanada Suriya üzrə beynəlxalq görüş keçirilir. Danışıqlarda qarant ölkələr, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri iştirak edir. Müşahidəçi qismində BMT, İordaniya, Livan və İraq nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB