“ABŞ və NATO-nun Əfqanıstanda törətdiyi hərbi cinayətlərə dair məlumatların toplanması davam etdirilməlidir”. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 53-cü Sessiyasındakı Rusiya nümayəndə heyəti deyib. Sessiyada çıxış edən rusiyalı diplomat Yaroslav Yeryomin qeyd edib ki, beynəlxalq ictimaiyyət ABŞ və NATO hərbçilərinin Əfqanıstanda 20 illik fəaliyyəti zamanı törətdikləri müharibə cinayətlərini xatırlamalıdır. Biz hesab edirik ki, ABŞ və NATO-nun Əfqanıstanda törətdiyi cinayətlərin ifşası və məlumatların toplanması, habelə onların ictimaiyyətə çatdırılması istiqamətində işlərin davam etdirilməsi vacibdir”, - o vurğulayıb.
Rusiya nümayəndə heyətinin üzvü ABŞ və müttəfiqlərinin Əfqanıstan xalqına humanitar yardımı siyasiləşdirmək və bəzi öhdəliklərin icrası ilə əlaqələndirmək cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb: "Sabitliyin və təhlükəsizliyin təmin edilməsi Rusiyanın Əfqanıstan üçün prioriteti olaraq qalır", - Yeryomin qeyd edib.
Moskva əmindir ki, yalnız Əfqanıstanda uzunmüddətli sülh bütün regionun əlverişli inkişafına töhfə verəcək: “Biz müvəqqəti Əfqanıstan hökumətini əsas etnik və siyasi qrupların maraqlarını nəzərə alan, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəni gücləndirən, xalqın əsas hüquq və azadlıqlarını təmin edən inklüziv hökumət sistemi yaratmaq vədini yerinə yetirməyə çağırırıq”, - diplomat bildirib.
Xatırladaq ki, Taliban hərəkatı 2021-ci ilin yazında Vaşinqtonun Əfqanıstandan qoşunlarını çıxarmaq planlarını elan etdikdən sonra Əfqanıstanı nəzarət altına almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Taliban döyüşçüləri 2021-ci il avqustun 15-də heç bir müqavimətlə qarşılaşmadan Əfqanıstanın paytaxtı Kabilə soxulub və Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib. ABŞ qoşunları isə 2021-ci il sentyabrın əvvəlində Əfqanıstanı tərk edərək, ABŞ-ın bu ölkədəki 20 illik mövcudluğuna son qoyub.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB