“Putinin taktiki nüvə silahından istifadə təhlükəsi realdır” - BAYDEN

“Putinin taktiki nüvə silahından istifadə təhlükəsi realdır” - BAYDEN

“Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadəetmə təhlükəsi realdır”. SİA “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirməsini pisləyərək deyib. Bayden Putinin Rusiyanın Belarusa ilk taktiki nüvə silahlarını yerləşdirməsi ilə bağlı açıqlamasını isə tamamilə məsuliyyətsizlik adlandırıb.

Qeyd edək ki, keçən həftə Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyadan taktiki nüvə silahlarını tədarük etməyə başladığını, bəzilərinin ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atdığı atom bombalarından üç dəfə güclü olduğunu söyləyib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə