"Titanik"ə gedən itkin sualtı qayıqda olanların kimliyi BƏLLİ OLUB

"Titanik"ə gedən itkin sualtı qayıqda olanların kimliyi BƏLLİ OLUB

Kanadanın Nyufaundlend sahillərində Titanik gəmisinin qalıqlarını görmək üçün səyahət zamanı turist sualtı qayığının göyərtəsində olanların kimliyi açıqlanıb. SİA BBC-yə istinadən xəbər verir ki, bazar günü Nyufaundlend sahillərindən 700 kilometr aralıda itkin düşən Titan gəmisində beş nəfər olub. Ekipaj Titanikin dağıntılarını görmək üçün suya dalmağa başladıqdan bir saat 45 dəqiqə sonra yerüstü gəmi – “Polar Prince” ilə əlaqəni itirib.

İtkin düşənlər arasında pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman, həmçinin 58 yaşlı britaniyalı milyarder iş adamı və kəşfiyyatçı Hamiş Hardinq də var. Hardinq BƏƏ-nin Dubay şəhərində yerləşən biznes aviasiya sənayesində satış və əməliyyatlarla məşğul olan beynəlxalq şirkət olan “Action Aviation”ın sədridir.
Gəmidə fransız kəşfiyyatçı Paul-Henry Nargeolet və dalışın arxasında duran “OceanGate“ şirkətinin baş icraçı direktoru Stokton Raşın da olduğu güman edilir.

ABŞ Sahil Mühafizəsi su səthində batan gəmini axtarmaq üçün iki “C-130 Hercules” təyyarəsi göndərib. Bu gecə ABŞ Sahil Mühafizəsi sualtı gəmidə təxmini 70-96 saat üçün kifayət edə biləcək təcili oksigen ehtiyatının olduğunu bildirib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə