Yeni Zelandiyanın Oklend şəhərində bir şəxs 3 fərqli Çin restoranına girərək balta ilə insanlara hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən yerli vaxtla saat 22:00 radələrində baş verən hücumda 4 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya aparılan yaralılardan birinin müalicəsi başa çatdıqdan sonra evə buraxıldığı, 3 nəfərin vəziyyətinin stabil olduğu öyrənilib.
Polisdən verilən açıqlamada, Çin vətəndaşı olan 24 yaşlı təcavüzkarın qəsdən xəsarət yetirmək ittihamı ilə nəzarətə alındığı və bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Hücumun səbəbi hələlik açıqlanmayıb.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB