BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen iyunun 20-21-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq toplantıda iştirak etməyi planlaşdırır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. Boqdanov jurnalistlərə açıqlamasında deyib ki, həmişə olduğu kimi müşahidəçi ölkələrin nümayəndələri danışıqlarda iştirak edəcəklər: "Bunlara Suriyanın qonşu ölkələri İraq, Livan və İordaniya daxildir. BMT orqanlarından həmkarlarımız da - BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen buradadır”.
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana iyunun 20-21-də Suriya üzrə beynəlxalq toplantıya ev sahibliyi edir. Danışıqlarda qarant ölkələrin - Rusiya, İran və Türkiyənin nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri iştirak edir. İclasda müşahidəçi qismində BMT, İordaniya, Livan və İraq nümayəndələrinin iştirakı gözlənilir.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB