Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb. Məlumata görə, görüş iştirakçıları KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığı qiymətləndirəcək və gələcək qarşılıqlı fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparacaqlar. Onlar həmçinin hazırkı beynəlxalq və regional vəziyyəti və onun təşkilata üzv dövlətlərin təhlükəsizliyinə təsirini, eləcə də KTMT-nin xarici əlaqələrini gücləndirmək üçün gələcək planları müzakirə edəcəklər. İclasda bir sıra birgə sənədlərin təsdiqlənməsi də gözlənilir.
KTMT Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı birləşdirir. Tərəflər Belarus prezidenti Aleksandr Lukaşenkonun KTMT ölkələrinin 2035-ci il kollektiv təhlükəsizlik konsepsiyasını nəzərdən keçirməsi zərurəti ilə bağlı fikrini mütləq nəzərə alacaqlar. Lukaşenkonun sözlərinə görə, zərurət ondan irəli gəlir ki, hazırkı sənəd 2016-cı ildə qəbul edilib və 2025-ci ildə başa çatacaq. Lukaşenko hesab edir ki, KTMT Avrasiyanın gələcək təhlükəsizlik arxitekturasına dair yanaşmalar və təkliflər üzərində işləməyə başlamalıdır.
Tərəflər, şübhəsiz ki, Ukrayna ətrafında vəziyyəti müzakirə edəcəklər. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev daha əvvəl Ukraynanın demilitarizasiya edilməli olduğunu bildirib. Çünki bu, həm Rusiya, həm də digər KTMT üzvləri, xüsusən də nüvə silahından istifadə baxımından təhlükə yaradır. Lavrov da öz növbəsində Qərb liderlərindən hər şeyi gözləməyin mümkün olduğunu vurğulayıb. Qərb də Kiyevə F-16 qırıcıları göndərməyə hazır olduğunu bildirib.
ABŞ-ın müttəfiqlərinin ərazilərində etdiyi kimi, Minskin tələbi əsasında Rusiya taktiki nüvə silahlarını Belarusa yerləşdirəcəyi mart ayında elan edilib. Minsk vurğulayıb ki, Rusiyanın nüvə silahlarının yerləşdirilməsi Qərbin qeyri-dost addımlarına cavab kimi qiymətləndirilməlidir. Bundan əlavə, Əfqanıstan məsələsi da qeyri-sabitlik yuvası olaraq qalır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu daha əvvəl Vaşinqton regionda sabitliyi pozmaq üçün Əfqanıstanda fəaliyyət göstərən qeyri-qanuni silahlı qruplaşmalardan istifadə etmək niyyətində olduğunu qeyd edib. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə öz növbəsində KTMT-yə üzv dövlətlərə sızan ekstremist ideyaların və terror qruplarının təhlükəsinə diqqət çəkib. Bundan başqa, təşkilatın baş katibi Ermənistan və Azərbaycan arasında ziddiyyətlər nəticəsində Qafqazda davam edən gərginliyin olduğunu qeyd edib.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB