“Titanik”ə gedən turistlər üçün axtarışlar gücləndirilib

“Titanik”ə gedən turistlər üçün axtarışlar gücləndirilib

Kanada Sahil Mühafizəsinin gəmisi və təyyarəsi "Titanik"in qalıqlarına baxmağa gedərkən əlaqənin kəsildiyi "American OceanGate Expeditions" sualtı gəmisinin axtarışlarına qoşulub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi “Toronto Star” nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə, axtarış əməliyyatına ABŞ Sahil Mühafizəsi rəhbərlik edir, çünki Atlantik okeanının bu ərazisi ABŞ-ın yurisdiksiyasındadır.

Amerikalılar daha sonra Kanada tərəfdən kömək istəyiblər, bundan sonra xilasedici təyyarə və Kopit Hopson 1752 gəmisi axtarış bölgəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə