Mart ayında Rusiya neftinin və neft məhsullarının Avropa İttifaqına (Aİ) idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi (15,2 milyon ton) ilə müqayisədə 1,4 milyon tona qədər azalıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Eurostat - Avropa Statistika Agentliyinin materiallarında deyilir.
Agentliyin analitikləri qeyd ediblər ki, Avropa İttifaqının Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketi Rusiya neftinin idxalının azalmasına səbəb olub. Belə ki, 2022-ci ilin dekabrından Avropa İttifaqı Rusiya tanker neftinin alınmasını, 2023-cü ilin fevralından isə Rusiya neft məhsullarının idxalını qadağan edib.
Qeyd edək ki, bu ilin mart ayında xam neftin ümumi idxalı 1,17 milyon ton, neft məhsulları isə 0,3 milyon ton təşkil edib. Eyni zamanda, 2022-ci ilin yanvar ayında Rusiya Federasiyasından neft məhsullarının idxalının həcmi 3,3 milyon ton, neft isə 12,4 milyon ton təşkil edib.
Ekspertlərin fikrincə, neft idxalı 91 faiz, neft məhsulları isə 92 faiz azalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB