Bəs, Putin onun xaricdə olduğunu deyirdi...

Zalujnı ilə bağlı video yayımlanıb
Bəs, Putin onun xaricdə olduğunu deyirdi...

Bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnının Ukrayna qoşunlarının qərargahında işini əks etdirən videosu yayımlayıb.

Videoda Zalujnı və digər komandirlər hərbi əməliyyatların xəritələrini öyrənirlər. Bundan əlavə, bir neçə qərargahdan görüntülər də nümayiş etdirilir. Fraqmentlərdən birində 17 iyun 2023-cü il tarixli planşet görünür.

Qeyd edək ki, artıq bir aydan çox idi ki, Rusiyada Zalujnı ölmüş sayılırdı. Bundan əlavə ruslar hətta onun sağ qalsa da belə daha heç nəyə yarımayacağını iddia edirdilər. Doğrudur, bundan sonra Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə bir neçə videosu yayılsa da, Rusiya mediası və Telegram kanalları onun ağır yaralandığını və işdən çıxdığını iddia etməkdə davam edirdilər.

SİA-nın əldə etdiyi məlumata görə, keçən həftə hərbi bloqerlər və müxbirlərlə görüşdə Rusiya prezidenti Vladimir Putin Zalujnı ilə bağlı suala cavab olaraq onun Ukraynada olmadığını bildirmişdi.

Amma deyim ki, Rusiya rəhbəri Zalujnının rus qoçunları qarşısından qaçıb aradan çıxması barədə heç nə deməmişdi.

Yeri gəlmişkən, Zalujnı ilə bağlı təqdim edilən videoda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının Baş Qərargah rəisi Sergey Şaptala ilə birlikdə qoşunlara baş çəkdiyi əks olunur.

“...İşğalçı rusların qəzəbli müqavimətinə baxmayaraq, əsgərlərimiz Ukrayna ərazisini azad etmək üçün əlindən gələni edir. Əməliyyat plana uyğun olaraq davam edir”.

Qeyd edək ki, bu da həmin videoda deyilir.

Deyirəm, amma bu da Putinin o, tez-tez təkrar etməyi “xoşladığı” “xüsusi hərbi əməliyyat öz axarı ilə gedir” deyiminə bənzəyir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə