İsveçin energetika naziri Ebba Buş, Ukraynanın Avropa İttifaqından elektrik enerjisi tədarükünü ikiqat artırmağı xahiş etdiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu Avropa İttifaqı Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasından sonra deyib.
“Ukrayna bizdən Ukraynanın enerji sisteminə 2 min meqavat enerji verməyi xahiş edib. İndi onlar bizdən təxminən 1 min meqavat alırlar ki, bu, yarısıdır”.
Bu sözləri TASS isveçli nazirdən sitat kimi gətirib.
Qeyd edək ki, bundan əvvəl media Ukraynanın Avropanın enerji mərkəzinə çevrilməsi üçün 400 milyard dollar istəyəcəyini yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB