"Rusiya bu müharibədə heç bir strateji məqsədə nail olmayıb"

"Rusiya bu müharibədə heç bir strateji məqsədə nail olmayıb"

Rusiya Federasiyasının hakimiyyəti Ukraynaya qarşı müharibədə heç bir strateji məqsədə nail olmayıb. Əksinə, Kreml öz hərəkətləri ilə yalnız rəsmi Kiyevlə NATO arasında əməkdaşlığı gücləndirib.

Polşanın xarici işlər naziri Zbiqnev Raunun sözlərinə görə, Qərb Ukraynada müharibə başlayandan bəri onun sonu və Putinin nüvə şantajının əhəmiyyəti ilə bağlı suallar verir.

“Bu suallar cavabsız qalsa da, qeyd etmək lazımdır ki, indiyədək Kremlin bir dənə də olsun strateji məqsədinə nail olunmayıb, lakin müharibə Ukrayna və NATO arasında görünməmiş əməkdaşlığa təsir edib”.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Polşa radiosu diplomatın sözlərindən sitat kimi gətirib.

Bununla yanaşı o, Qərbin Ukrayna ətrafında həmrəyliyinə və NATO-nun müttəfiqlik mövqeyinin güclənməsinə də işarə edib.

Rau onu da vurğulayıb ki, Ukraynadakı müharibə bütün dünyaya təsir edən uzunmüddətli mənfi hadisələrə səbəb olur. Belə ki, inflyasiyanın artması, ərzaq problemləri, malların daşınması, xammalın qiymətinin, miqrasiyanın artması və s. buna misal kimi göstərilə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə