Daşqınlar Nepalı da "ağzına alıb"...

Daşqınlar Nepalı da "ağzına alıb"...

Nepalda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi nəticəsində 5 nəfər həyatını itirib.
Asian News Internationalın (ANI) yaydığı xəbərə görə, ölkədə keçən həftədən etibarən yağan leysan yağışları daşqınlar və torpaq sürüşməsinə səbəb olub.
SİA-nın əldə etdiyi məlumata görə, yerli polis Sankuvasabha, Taplejung, Pançtar və Dhankuta bölgələrində yağan leysan yağışları nəticəsində 5 nəfərin öldüyünü, 28 nəfərin də itkin düşdüyünü bildirib.
Nepalın İnfrastruktur və Nəqliyyat naziri Prakaş Jvala daşqınlar və torpaq sürüşmələri nəticəsində bəzi magistral yolların və körpülərin dağıldığını, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.
Qarşıdakı həftələrdə yağışların davam etməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə