Bu arada Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak öz “Twitter” səhifəsində Rusiya ilə münaqişəyə son qoymağın yeganə yolunu göstərib.
Beləliklə, onun fikrincə, bu yol Ukrayna Silahlı Qüvvələrinin “hərbi potensialının maksimum dərəcədə gücləndirilməsi”, Rusiyanın iqtisadi və siyasi təcrid olunması və respublikanın itirdiyi ərazilərin geri qaytarılmasıdır.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Podolyak, Ukrayna hakimiyyətinin planının maksimum sayda rusun öldürülməsi ilə bağlı “ən çətin bir yol” olduğunu bildirmişdi. Qeyd edək ki, SİA bunu rus saytlarına istinadən yazır.
Bundan əlavə, Ukrayna prezidentinin aparatının müşaviri, Ukrayna üçün yeganə mümkün ssenarinin 1991-ci ilin sərhədlərinə çatmaq olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB