Bu arada Gürcüstanın qərbindəki Çiatura şəhərində tətil edən mədənçilər Tbilisiyə gəliblər. Onlar Gürcüstan parlamentinin binası yaxınlığında aksiya keçirirlər.
SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, onları dəstəkləyən vətəndaşlar, fəallar, qeyri-hökumət təşkilatlarının əməkdaşları da tətilçilərə həmrəylik nümayiş etdiriblər.
Xatırladaq ki, mədənçilər maaşların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və əvvəlki iş qrafikinə qayıtmağı tələb edirlər.
Qeyd edək ki, rəhbərlik hələ ki, maaşların cəmi 5 faiz artırılması ilə razılaşıb. Şirkətin itkisinin təxminən 12 milyon dollar olduğunu deyən şirkətin baş direktoru Laşa Tutberidze, işçilərin tələb etdiyi kimi maaşların artırılması üçün daha 10 milyon dollar lazım olduğunu bildirib.
Maraqlıdır ki, bundan əvvəl Çiaturada etirazçılar özlərinə xəsarət yetiriblər. Belə ki, tətilçilərdən biri əlini kəsib, digəri gözünü, daha digəri isə ağzını tikib.
Bundan əlavə mədənçilərdən bəziləri aclıq aksiyasına başlayıblar.
Yeri gəlmişkən, tətil edən işəgötürənlər arasında aparılan danışıqlarda Gürcüstan Səhiyyə Nazirliyi və yerli hakimiyyət orqanları iştirak edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB