Britaniya hökuməti Moskva Ukraynaya təzminat ödəməyənə qədər Rusiyaya qarşı sanksiyaların qalacağı haqda qanun hazırlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.
“Böyük Britaniya Rusiyanın ehtiyatsızlıqla hücum etdiyi ölkəni yenidən qurmasını təmin etmək üçün sanksiyalardan istifadə etməyə hazırdır”.
Qeyd edək ki, “Reuters” bunu sitat kimi Kleverlidən gətirib.
Onu da qeyd edək ki, yeni qanun Britaniyanın sanksiya siyahısında olan şəxslərə dondurulmuş aktivlərini Ukraynanın yenidən qurulmasına bağışlamağa imkan verəcək.
Xatırladaq ki, Britaniyanın The Guardian nəşri daha əvvəl Böyük Britaniyanın dondurulmuş Rusiya aktivlərini 26 milyard funt sterlinq qiymətləndirmişdi.
Yeri gəlmişkən, sanksiyalar nəticəsində bloklanan Rusiya aktivlərinin Kiyevə ötürülməsi üsulları “Yeddilik Qrup” ölkələri və Avropa İttifaqı tərəfindən nəzərdən keçirilir. Onlar maliyyə köçürmələri üçün qanuni qeydiyyat imkanlarını axtarırlar.
Bu arada Kreml bəyan edib ki, əgər xarici ölkələr Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək üçün istifadə etmək qərarına gəlsələr, o zaman belə bir addım Moskva tərəfindən açıq oğurluq kimi qiymətləndiriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB