Moldova “Şor” siyasi partiyasını konstitusiyaya zidd kimi tanıyıb

Moldova “Şor” siyasi partiyasını konstitusiyaya zidd kimi tanıyıb

Bu arada Moldova Konstitusiya Məhkəməsi “Şor” siyasi partiyasını konstitusiyaya zidd elan edib. Xatırladaq ki, Moldova hökuməti ötən ilin noyabrında partiyanın fəaliyyətini yoxlamaq tələbi ilə məhkəməyə müraciət etmişdi. Konstitusiya Məhkəməsinin fikrincə, partiya ölkədəki sabitliyi pozmaq üçün kütləvi etiraz aksiyaları təşkil edib, mitinqlərdə iştiraka görə iştirakçılara pul ödəyib.

SİA-nın əldə etdiyi məlumata görə, qərar verildiyi gündən partiya ləğv edilmiş sayılır. Onun heç bir sənədi artıq hüquqi qüvvəyə malik olmayacaq.

Konstitusiya Məhkəməsinin sədri Nikolae Roska, Moldova Ədliyyə Nazirliyinin partiyanın ləğvi və hüquqi şəxslərin reyestrindən çıxarılması üçün komissiya yaradacağını bildirib. O da bildirilir ki, “Şor” partiyasından olan deputatlar parlamentdəki mandatlarını qoruyub saxlasalar da, lakin bundan sonra onlar müstəqil seçilmiş nümayəndə kimi çıxış edəcəklər.

Bu arada hökumətin qanuni nümayəndəsi, proses zamanı “Şor”un iştirakçılara rüşvət verərək kütləvi aksiyalar təşkil etdiyinə dair kifayət qədər sübutlar olduğunu bildirib.

Şor partiyasının nümayəndələri sübutların heç nəyi təsdiq etmədiyini israr edərək, ittihamları siyasi motivli adlandırıblar. Məhkəmənin hökmünün elan edilməsindən sonra “Şor”un rəhbərinin müavini Marina Tauber Konstitusiya Məhkəməsinin qərarını “biabırçı və görünməmiş” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə