ABŞ Çinlə münaqişə istəmir və yeni soyuq müharibəyə can atmır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu iyunun 19-da Çin sədri Si Cinpinlə görüşdə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Blinkenin sözlərinə görə, Vaşinqton Ağ Evin rəhbəri Cozef Baydenin vədlərinə əməl edir.
“Birləşmiş Ştatlar yeni soyuq müharibəyə can atmır, ÇXR sistemini dəyişmək istəmir, ittifaqları gücləndirməklə Çinlə qarşı-qarşıya gəlməyə can atmır və ÇXR ilə münaqişəyə girmək niyyətində deyil”, - deyə dövlət katibi əmin edib.
Bundan əlavə, Blinken qeyd edib ki, ABŞ Pekinlə yüksək səviyyəli mübadilələri səbirsizliklə gözləyir və azad ünsiyyəti davam etdirməyə ümid edir.
Həmçinin bildirilir ki, Si Cinpinq Entoni Blinkendən Baydenə salam deməsini istəyib.
Xatırladaq ki, bir müddət əvvəl Çinin xarici işlər naziri Qin Qanq, ABŞ və Çin arasındakı diplomatik münasibətlərin ən aşağı səviyyədə olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB