BMT Rusiyaya çağırış edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Kaxovka su bəndinin dağılmasından sonra lazımi humanitar yardımın bölgəyə çatdırılması üçün Rusiyaya nəzarəti altında olan ərazilərə giriş icazəsi verməsi ilə əlaqədar çağırış edib.
SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin Ukraynadakı humanitar məsələlər üzrə koordinatoru Denis Braun Ukraynadakı Kaxovka su bəndinin dağılmasından sonra bölgəyə humanitar yardımın çatdırılması mövzusunda Ukrayna və Rusiya hökumətləri ilə əməkdaşlıq etdiklərini bildirib.

“Rusiya Federasiyası indiyədək onun müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə giriş xahişimizi rədd edib” deyən Denis Braun BMT-nin bölgəyə humanitar yardım çatdırmaq üçün səylərini davam etdirəcəyini bildirib.

Denis Braun deyib: “Biz Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etməyə çağırırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə