ABŞ-ın dövlət katibi Antoni Blinken Çinin Ukrayna ilə müharibəsində Rusiyaya böyük yardım göstərməyəcəyini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Çin Xalq Respublikasının sədri Si Tszinpinlə baş tutan görüşündən sonra Pekində mətbuat konfrtansında deyib. Bu haqda Blinken Çinin Rusiyaya yardım etməmək öhdəliyi barədə suala cavab olaraq bildirib ki, bu, mühüm öhdəlikdir, mühüm siyasətdir: “Biz hazırda bu fikrə zidd heç nə ilə qarşılaşmamışıq".
Eyni zamanda Blinken əlavə edib ki, ABŞ bəzi hallarda Rusiyanın Ukraynada hərbi potensialının artırılmasına yönəlmiş yardım göstərə biləcək Çindəki özəl şirkətlərdən də narahatdır.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB