Böyük Britaniya Rusiyaya sanksiyalarını davam edəcək

Böyük Britaniya Rusiyaya sanksiyalarını davam edəcək

Böyük Britaniya hökuməti Ukraynaya təzminat ödənilənə qədər Rusiyaya qarşı sanksiyaları saxlamaq səlahiyyətindədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tərəfindən elan edilən yeni qanundur. Tədbirlər paketi hökumətə Böyük Britaniyanın Rusiya sanksiyalarının məqsədlərini dəyişdirərək sanksiyaları qüvvədə saxlamağa imkan verir. Bu sanksiyalar, həmçinin, Rusiya tərəfindən kompensasiyaların ödənilməsini təşviq etmək üçün də istifadə edilə bilər.

Kleverli qeyd edib: “Ukrayna Rusiyanın işğalına qarşı özünü müdafiə etməyə davam edərkən, Putinin müharibəsinin dəhşətli nəticələri göz önündədir. Ukraynanın yenidənqurma xərcləri böyük olacaq. Bugünkü yeni tədbirlərimizlə biz Böyük Britaniyanın sanksiya yanaşmasını gücləndiririk və təsdiqləyirik ki, Böyük Britaniya Rusiyanın hücum etdiyi ölkəni təmir etmək, pul ödəməsini təmin etmək üçün sanksiyalardan istifadə etməyə hazırdır”.

Keçən il Ukraynanın işğalından bəri Britaniya 18 milyard funt sterlinqdən çox aktivləri dondurub və Çelsi Futbol Klubunun keçmiş sahibi Roman Abramoviç də daxil olmaqla 1550-dən çox rusiyalıya sanksiya tətbiq edib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə