Əliyar Ağayev Avropa çempionatının açılış matçında

Əliyar Ağayev Avropa çempionatının açılış matçında

UEFA FİFA referisi Əliyar Ağayevə təyinat verib. SİA xəbər verir ki, azərbaycanlı FİFA referisi və köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli gənclər arasında (U-21) Avropa çempionatının açılış oyununa təyinat alıblar. Məlumatı AFFA rəsmi saytı vasitəsi ilə ictimaiyyətə açıqlayıb.

İyunun 21-də Tbilisi şəhərindəki Mesxi stadionunda təşkil olunacaq oyunda Belçika və Niderland milli komandalar üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatının final mərhələsini iki ölkə - Gürcüstan və Rumıniya birlikdə təşkil edir. Yarışa iyulun 8-də Batumi şəhərində keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə