“Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib. O, yalnız bir Çin hökuməti olduğu ideyasını - Tayvanda ABŞ-ın uzun müddətdir davam edən "Vahid Çin" siyasətinin olduğunu təkrarlayıb: "Bu siyasət dəyişməyib" – deyə Blinken qeyd edib və
ABŞ-ın status-kvonun dəyişməsini istəmədiyini izah edib. Lakin Blinken əlavə edib ki, o, Çinin Tayvan boğazındakı təxribatçı hərəkətləri ilə bağlı ABŞ-ın narahatlığını Çinin prezidenti Si Tszinpinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB