NATO liderləri Ukraynanı üzvlüyə dəvət etməyəcəklər

NATO liderləri Ukraynanı üzvlüyə dəvət etməyəcəklər

NATO liderləri iyulun ortalarında Vilnüsdə keçiriləcək sammitdə Ukraynanı NATO-ya üzv olmaq üçün dəvət etməyəcəklər. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq təsdiqləyib.

O, bu barədə Berlində Almaniya kansleri Olaf Şolzla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib: “Vilnüs sammitində və sammitə hazırlıq zamanı biz Ukraynaya rəsmi dəvətin verilməsini müzakirə etmirik”.

Bütün tərəflər uzun müddətdir ki, Ukraynanın müharibənin ortasında NATO-ya üzv ola bilməyəcəyini qəbul edib, lakin Baltikyanı ölkələr və Polşanın dəstəklədiyi Kiyev münaqişə sona çatdıqdan sonra onun qoşula biləcəyi tarix və ya vaxt cədvəlini istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə