Alimlər yumurta, sperma və ya mayalanmaya ehtiyac olmadan süni insan embrionu yaradıblar. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, ürək döyüntüsü və qan izləri olan model sintetik insan embriosu insan kök hüceyrələrindən yaradılıb.
Bu sintetik quruluş adətən hamiləliyin üçüncü və dördüncü həftələrində görünən bəzi hüceyrə və strukturları təkrarladıb. Lakin bu emrionun dölə çevrilmək üçün nəzəri potensialı yoxdur, çünki yaradılmasında məqsəd təbii embrionda plasenta və yumurta sarısı kisəsini meydana gətirən toxumaların çatışmadığı zamanlar üçün nəzərdə tutulub.
Kembric Universitetinin Gurdon İnstitutundan dr Jitesh Neupane Bostonda Beynəlxalq Kök Hüceyrə Tədqiqatları Cəmiyyətinin illik toplantısında deyib: "Mən vurğulamaq istərdim ki, bunlar nə embriondur, nə də biz real embrion yaratmağa çalışırıq. Onlar sadəcə insan inkişafının spesifik aspektlərinə baxmaq üçün istifadə edilə biləcək modellərdir".
Buna baxmayaraq, Neupane mikroskop altında ürək döyüntüləri olan hüceyrələrə ilk baxışın çox fərqli təcrübə olduğunu qeyd edib: “Mən təsadüfən boşqabımı mikroskopun altında ürək döyüntüsünü ilk dəfə görəndə, düzünü desəm qorxdum. Təkrar baxmalı oldum. Bu, mənim üçün çox ağır idi. Çünki insanlar ürək döyüntülərini görəndə emosional olurlar”.
Neupane qeyd edib ki, süni embrionlar əsl insan emrionlarının bütün xüsusiyyətlərinə malik deyil: “Süni embrion modelində təbii bir embrionda adətən 23-cü gündə ortaya çıxan döyünən ürək hüceyrələri və dördüncü həftədə görünəcək qırmızı qan izləri görülüb. Quruluşlarda beyin başlanğıcı yox idi. İnkişafın istiqamətləndirilməsi üçün vacib olan plasenta və yumurta sarısı kisəsinə malik olmadığından, onlar zaman keçdikcə təbii inkişaf yolundan uzaqlaşmağa başladılar”.
Lakin bu yeniliyin etik olub-olmaması ilə bağlı bir çox mübahisələr var. Laboratoriyada yetişdirilən bu quruluş genetik pozğunluqların təsirini və təkrarlanan uşaq düşməsinin səbəblərini anlamağa kömək edə bilər. Onlar həmçinin dərmanların embrionlara təsirini yoxlamaq və hamiləlik diabeti ilə körpələrdə ürək qüsurları arasındakı əlaqəni öyrənmək üçün istifadə edilə bilər.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB