Vladiqafqazda fövqəladə vəziyyət elan edildi

Vladiqafqazda fövqəladə vəziyyət elan edildi

Vladiqafqaz administrasiyası güclü yağışdan sonra şəhərdə fövqəladə rejim tətbiq edildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, administrasiyanın rəhbəri Vyaçeslav Mildzixovun sözlərinə görə, Yujnı kəndində bir çox evi su basıb, dağıntılar var.

O, yaxın vaxtlarda bərpa işlərinə başlamaq üçün bütün əməliyyat xidmətlərinin təcili olaraq lazımi qərarlar qəbul etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə