Rumıniya sərhəd polisi qeyri-qanuni miqrantları saxlamağa çalışarkən dağlarda azmış üç silahlı ukraynalı sərhədçisini saxlayıb. SİA xəbər verir ki, bu barədə Rumıniyanın "Antena 3" telekanalı məlumat yayıb.
“Rumıniya sərhədçiləri Viseul de Sus yaxınlığında sərhədi qeyri-qanuni keçməyə cəhd göstərən pulemyotlarla silahlanmış üç Ukrayna əsgərini saxlayıblar”, - məlumatda deyilir.
Hərbçilər məhdudgörmə şəraitində azdıqlarını və bu səbəbdən Rumıniya ərazisinə keçdiklərini bildiriblər.
Onlar sərhədi qanunsuz keçərək dağlarda azmış bir qrup ukraynalını təqib etdiklərini də bildiriblər. Saxlanılan sərhədçilər Ukrayna tərəfinə təhvil veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB