ABŞ Konqresi dövlət katibi Entoni Blinkeni Çinə qarşı təxribat törətməyə çağırıb?
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Tayvanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Beləliklə, Respublika Partiyasının bir neçə nümayəndəsi müvafiq müraciətlə çıxış ediblər.
Belə ki, yeddi senator Blinkeni marşrutuna Tayvanda əlavə bir dayanacaq etməyi düşünməyə çağırıblar. Onların fikrincə, belə bir səfər 2018-ci il Tayvan Səyahət Qanununun müddəalarına uyğun olardı.
“Ən əsası, bu, ABŞ-ın Tayvanda və ya başqa yerlərdə dostları və müttəfiqləri ilə görüşmək üçün Çin Kommunist Partiyasının icazəsinə ehtiyacı olmadığına dair açıq bir mesaj göndərəcək”
Qeyd edək ki, bu yeddi senatorun Blinkenə ünvanladıqları məktubda deyilir.
Təbii ki, Amerika rəsmisinin adaya belə səfəri Çin tərəfindən təxribat kimi qəbul edilə bilər. Belə ki, 2 avqust 2022-ci ildə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana gəlmişdi. Çinin fikrincə, onun səfəri ciddi siyasi təxribat olub və iki ölkə arasında münasibətləri gərginləşdirib.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken iyunun 18-də Pekinə səfər edib. Onun Çin paytaxtında iki gün qalacağı bildiriliR. Bu, onun ABŞ Dövlət Departamentinin rəhbəri kimi Çinə ilk səfəridir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB