Əvvəla etiraf edilməlidir ki, Ukraynanın əks-hücum əməliyyatı hələ də bir sıra müşahidəçilərin ümidlərini doğrultmayıb və Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri daha böyük bir nəsnəyə “müqəddimə” kimi görünür.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN-nin materialında bildirilir.
Beləliklə, məqalədə Ukrayna Silahlı Qüvvələrinin əsas məqsəd kimi ilk olaraq Zaporojyeni geri qaytarmaq hesab etsələr də, lakin orada hücuma keçməyin çətin məsələ olduğu bildirilir.
Materialda qeyd olunur ki, Kiyev Zaporojye ilə yanaşı, Baxmut ətrafında, eləcə də şərqin digər istiqamətlərində fəaliyyət göstərməyə can atır. Bu, həm də onu deməyə əsas verir ki, Ukrayna hərbçiləri müdafiənin zəif nöqtələrini müəyyən etmək üçün rus bölmələrini müxtəlif istiqamətlərə çəkməyə çalışırlar.
Media ekspertlərin rəylərinə istinad edərək, həmçinin bildirir ki, ukraynalıların əks-hücum üçün ərazilər seçmək imkanı var və Rusiya qüvvələri demək olar ki, 1000 km uzanan dolama cəbhə xəttini müdafiə etməlidir.
O da vurğulanır ki, Rusiyanın müdafiəni gücləndirmək üçün bir neçə ay vaxtı olub deyə və indi Ukrayna Silahlı Qüvvələrinin ildırım hücumu təşkil edə bilməsi şansı yoxdur .
Ola bilsin ki, Ukrayna tərəfi Rusiya komandanlığının Ukrayna Silahlı Qüvvələrinin onlara verdiyi bəzi siqnalları səhv başa düşəcəyinə ümid edir yazan media, Ukraynada aviasiyanın yoxluğunu da etiraf edir.
Qeyd edək ki, bundan əvvəl, iyunun 10-da Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin əks-hücumunun davam etdiyini açıqlamışdı. İyunun 16-da Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin böyük itki verdiyini bildirib - onun sözlərinə görə, onlar müxtəlif dərəcəli 186 tank və 418 zirehli texnikanı itiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB