Rusların Sumı bölgəsindəki Belopolyeni növbəti dəfə atəşə tutmaları səbəbindən polis olan ata və onunu azyaşlı övladı həlak olub.
SİA xəbər verir ki, Sumı vilayət hərbi idarəsindən verilən məlumata görə, düşmən şəhəri yenə artilleriya atəşi ilə vurub.
“Bu gün Belopolye şəhərinin artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər – ata və oğul həlak olub”, - məlumatda belə deyilir.
UVA rəhbəri Vladimir Artyux, “Rusiya terrorçuları çoxdan insani olan hər şeyi itirərək dinc sakinlərə qarşı silahdan istifadə edirlər. Düşmən xalqımızı məhv etmək üçün cinayətkar niyyətini bir daha təsdiqlədi”-deyə bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB