Yanğında dördü uşaq olmaqla yeddi nəfər diri-diri yanıb

Yanğında dördü uşaq olmaqla yeddi nəfər diri-diri yanıb

Tatarıstanın Tukaevski rayonunda fərdi yaşayış evi yanıb.

Rusiyanın Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması Nazirliyinin respublika üzrə Telegram kanalında verdiyi məlumata görə, yanğın nəticəsində dördü uşaq olmaqla yeddi nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, artıq yanğın yerində cəsədlərin qalıqları tapılıb.

İyunun 18-də günorta saatlarında yanğınsöndürənlərə Saitovo kəndində fərdi yaşayış binasının yanması barədə məlumat daxil olduğu bildirilir. Ümumi yanğın sahəsi 100 kvadratmetr olub.

İlkin olaraq 3-ü uşaq olmaqla 6 nəfərin öldüyü bildirilirdi. Lakin sonradan yeddinci mərhumun - uşaq meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evdə dördü uşaq olmaqla, ümumilikdə 8 nəfər yaşayıb. Polis əlavə edib ki, ailə disfunksionaldır. Yalnız uşaqların anası xilas ola bilib - o, yanan evdən çıxa bilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə