Türkiyənin Malatya vilayətində zəlzələ olub

Türkiyənin Malatya vilayətində zəlzələ olub

Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Pütürge rayonunda yerləşib. Yeraltı təkanların ocağı 7,06 kilometr dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə