Geri çəkilmək qadağan edilib, əks halda...

Rus məhbuslar itkilərdən və öz dəstələri tərəfindən güllələnmə təhlükəsi ilə qarşılaşacaqlarından danışdılar
Geri çəkilmək qadağan edilib, əks halda...

Ukraynada əsir götürülmüş rus hərbçiləri “The Wall Street Journal”-ın müxbirinə Ukrayna ordusunun hücumunu dəf edərkən çoxsaylı itkilər, Rusiya ordusunda əhval-ruhiyyənin aşağı olması və geri çəkiləcəkləri təqdirdə üzləşəcəkləri ölüm təhlükəsi barədə danışıblar.

SİA-nın əldə etdiyi məlumata görə, hazırda Kramatorskda saxlanıldığı iddia edilən hərbi əsirlər Ukrayna hərbçilərinin son günlər bir neçə yaşayış məntəqəsini geri alarkən gedən döyüşlər zamanı könüllü olaraq ukraynalı əsirliyə təslim olduqlarını bildirirlər.

Nəşrin müsahibə verdiyi məhbuslar arasında həm müqaviləli hərbi qulluqçular, həm də səfərbər və könüllülər var.

Maraqlıdır ki, əsir götürülənlərin əksəriyyəti müharibəyə müəyyən əsaslarla gələnlərdir.

Məsələn əsirlərdən biri əvvəllər narkotik alverinə görə məhkum edilib və altı aydan sonra cəbhə xəttində azadlığa buraxılması üçün “Ştorm Z” qrupu ilə müqavilə imzalayıb. Qeyd edək ki, o, xidmət etdiyi dəstədə geri çəkilmək qadağan edilib və geri çəkilməyə cəhd edənləri öz dəstələri tərəfindən güllələnmə təhlükəsi gözləyir.

Onun sözlərinə görə, Ukraynanın hücumu başlayandan sonra o və digər yaralı rus əsgərləri ukraynalı hərbçilərə qışqıraraq təslim olmaq istədiklərini, çünki geri çəkiləcəkləri təqdirdə vurulacaqlarından qorxduqlarını bildiriblər.

Digər məhbus isə rus ordusunda mənəvi-psixoloji durumun aşağı olduğunu deyir və Rusiyaya qayıdarkən təqib olunacağından qorxduğu üçün dəyişdirilmək istəmədiyini bildirir.

Qeyd edək ki, xarici nəşrə danışan bütün məhbuslar münaqişənin hər iki tərəfdən ağır itkilərlə müşahidə edildiyini bildiriblər. Maraqlıdır ki, eyni məlumat, Britaniya hərbi kəşfiyyatında da mövcuddur. Belə ki, onun məlumatlarına görə, rusların itkiləri, ehtimal ki, bu ilin mart ayından bəri ən yüksək səviyyəyə çatıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə