Bəzi tələbə və müəllimlər müharibə üçün pul verməkdən imtina ediblər

Bəzi tələbə və müəllimlər müharibə üçün pul verməkdən imtina ediblər

İrkutsk Dövlət Tibb Universitetinin bəzi tələbələri və müəllimləri müharibə üçün pul verməkdən imtina ediblər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə məlumatı “İrkutsk bloq” teleqram kanalı bir neçə mənbəyə istinadən yayıb.

Verilən məlumata görə, bundan əvvəl İrkutsk Dövlət Tibb Universitetinin saytında “Universitetlər Cəbhə üçün” kampaniyası çərçivəsində 160,7 min rublun yığılması ilə bağlı xəbər yayıbmış. Guya yığılab həkim pulu hərbi texnika alan “Sevimli şəhər” fonduna köçürüləcək.

Yerli mənbələr toplantıda tələbələrin heç də hamısının iştirak etmədiyini bildiriblər: “Anatomiya kafedrasından deyirlər ki, toplantı ilə bağlı söhbətlər olub, amma bunun əleyhinə olanlar var”.

Bunu tələbələrdən biri bildirib.

Qeyd edək ki, Ukraynaya genişmiqyaslı işğal başlandıqdan sonra Rusiyanın regionlarında universitetlərin və müəssisələrin müharibə ehtiyacları üçün pul və digər maddi yardımların toplanmasına cəlb edilməsi təcrübəsi geniş vüsət alıb.

Müqavilə ilə hərbi xidmətə çağırış tələbə və müəllimlər arasında da fəal şəkildə aparılır. Deyilənlərə görə, son zamanlar çağırış reklamlarına hətta məktəblərdə də rast gəlinir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə