Ruslar hələ ki, “qaçıb” demirlər...

Ruslar hələ ki, “qaçıb” demirlər...

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı hazırda ölkədə olmadığı deyilir.

Qeyd edək ki, bununla bağlı ruslar “min” səbəb göstərirlər.

Budur, “Paragraf” nəşrinə açıqlama verən rusiyalı hərbi ekspert Yuri Knutov, Zalujnının ictimai sahədə olmamasını ukraynalıların cəbhədəki uğursuzluqları ilə əlaqələndirib.

SİA-nın əldə etdiyi məlumata görə, Knutov baş komandanın getməsini onun günah keçisi olmaq istəməməsi ilə bağlı ola biləcəyini də istisna etməyib.

Bununla yanaşı, rusiyalı hərbi ekspert, ukraynalı baş komandanın yaralandığını və xaricdə müalicə aldığını yüksək ehtimal hesab edir.

Maraqlıdır ki, ötən gün Rusiya prezidenti Vladimir Putin də Zalujnının Ukraynadan kənarda ola biləcəyinə inandığını demişdi.

“Bilirəm. Mənə elə gəlir ki, bilirəm... Güman edirəm ki, o, xaricdədir. Amma səhv də edə bilərəm”.

Rusiyanın dövlət başçısı bildirib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə