Bu dəfə Kursk vilayətinin qubernatoru “şikayətçi düşüb”

Bu dəfə Kursk vilayətinin qubernatoru “şikayətçi düşüb”

Bu arada Kursk vilayətinin qubernatoru Roman Starovoit, Ukrayna Silahlı Qüvvələrinin Qluşkovski rayonunda üç yaşayış məntəqəsini atəşə tutduğunu, lakin bunun itkisiz sovuşduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Telegram-da yazıb.

Starovoit, hücum nəticəsində əyalətdəki şəkər zavodunun ictimai binasının zədələndiyini də bildirib.

Bundan əvvəl Starovoit, Korenevo kəndində pilotsuz uçuş aparatının şəxsi evin üzərinə düşməsi nəticəsində bir nəfərin yüngül qəlpə yarası aldığını bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə