Bu arada “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin, Ukraynaya qarşı müharibədə iştirak etdikdən sonra əvvəllər PMC tərəfindən cəlb edilmiş 32 min keçmiş məhbusun Rusiya ərazisinə qayıtdığını bildirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosu şirkət sahibinin teleqram kanalına istinadən yazır.
Priqojin iddia edir ki, döyüş əməliyyatlarında iştirak etdikdən sonra azadlığa çıxanlar 83 cinayət törədiblər ki, bu da eyni dövrdə “Vaqner” PMC ilə müqavilə bağlamadan həbsxanalardan azad edilənlərdən 80 dəfə azdır.
Qeyd edək ki, bu məlumatın hələ ki, təsdiqi yoxdur.
Amma bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “PMC”-lər tərəfindən döyüşlərə göndərilən keçmiş məhbusların əfv edilməsi haqqında fərman imzaladığını təsdiqləyib.
Bəlkə də, təkrar etməyə ehtiyac yoxdur, amma hər halda bildirək ki, “Vaqner” PMC prezident Vladimir Putinə yaxın Sankt-Peterburqlu iş adamı Yevgeni Priqojin tərəfindən yaradılan Rusiyanın qeyri-rəsmi silahlı qruplaşmasıdır.
Qeyd edək ki, PMC muzdluları koloniyalara cəlb edilmiş məhbuslar Ukrayna ilə müharibədə, eləcə də Suriya və Afrikada quru əməliyyatlarında fəal iştirak edirlər.
Şirkətin döyüşçüləri çoxsaylı hərbi cinayətlər, o cümlədən məhkəmədənkənar edamlar törətməkdə ittiham olunurlar. Yeri gəlmişkən Priqojin bunu birbaşa sözlərlə etiraf etməsə də, hər halda inkar da etmir.
Xatırladaq ki, bir sıra ölkələrdə “Vaqner” PMC artıq cinayətkar və terror təşkilatı kimi tanınır.
Hazırda Ukraynada “Vaqner” PMC-nin iştirakı ilə keçirilən son böyük əməliyyat Baxmuta hücum olub. Mayın sonunda şəhərin alındığını elan edən Priqojin muzdluların arxaya çəkiləcəyini bildirib.
Hazırda “Vaqner” PMC-nin cəbhəyə nə vaxt qayıdacağı hələ məlum deyil.
Yuxarıda Priqojinin 32 min keçmiş məhbusun, “Vaqner” PMC döyüşçülərinin Rusiya ərazisinə qayıtdığını bəyan etməsi təsadüf kimi qəbul edilməməlidir. Çünki bunların əksəriyyəti qatı cinayətkarlar, başkəsənlərdir.
Və onların Rusiya ərazilərinə qaytarılması, təbii ki, yaxın vaxtlardan başlayaraq rusların kriminalogiyasında öz sözünü deyəcək
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB